Beynəlxalq tədbirdə elmə investisiyalar müzakirə olunacaq

20:58 24 Aprel 2015
25 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC 
Mayın 27-də Qazaxıstanda “Milli Elmi-Texniki İnformasiya Mərkəzi” Səhmdar Cəmiyyəti tərəfindən “Elmə investisiyalar - elmtutumlu iqtisadiyyatın drayverləri” mövzusunda beynəlxalq elm və biznes dialoq meydanı keçiriləcək.
Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, tədbirin keçirilməsində məqsəd Mərkəzi Asiyanın aparıcı elmi-texniki tədqiqat institutlarının, ali təhsil müəssisələrinin maraq doğuran kommersiya xarakterli innovasiya layihələrinin investorlar tərəfindən maliyyələşdirilməsidir.
Tədbirdə investisiya şirkətləri, sənaye müəssisələri, biznes assosiasiyaları, maliyyə institutları, vençur fondların və kütləvi informasiya vasitələri rəhbərlərinin iştirakı gözlənilir.
Potensial investorların, inkişaf institutlarının və kütləvi informasiya vasitələrinin iştirakı ilə keçiriləcək tədbirlərin yekunu olaraq gələcəkdə maliyyələşdirilməsi və tətbiqi üçün innovasiya layihələri seçiləcək.
Maraqlananlar aprelin 30-dək tədbirdə iştirak və layihənin mövzusu barədə məlumat verməlidirlər. Layihənin materialları mayın 5-dək göndərilməlidir.
Ətraflı məlumatı http://innovasiya.az/ saytından əldə etmək olar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Beynelxalq_tedbirde_elme_investisiyalar_muzakire_olunacaq-849604

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR