"Xalifmana dedim ki, mənə qarşı hazırlaşan Raufa kömək etsəniz, inciyəcəm"

"Xalifmana dedim ki, mənə qarşı hazırlaşan Raufa kömək etsəniz, inciyəcəm"
20:05 24 Aprel 2015
26 İdman
Ölkə mətbuatı
A- A+

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2015" turnirində VII tura start verilib.

Trend-in məlumatına görə, Synergy Group-un təşkil etdiyi yarışın hesabat turunda azərbaycanlı şahmatçılar bir-birinə rəqib olub. Şəhriyar Məmmədyarov ağ fiqurlarla millidəki komanda yoldaşı Rauf Məmmədovla heç-heçə oynayıb.

Partiyadan sonra Ş.Məmmədyarov səhvə yol verdiyini etiraf edib: "Düz 10 il əvvəl sonuncu dəfə klassik şahmatda Rauf Məmmədovla üz-üzə gəlmişəm. O vaxt onun 2300, mənim isə 2600 reytinqim var idi. Maraqlıdır ki, o zaman da görüş heç-heçə ilə başa çatmışdı.

Bu dəfə yaxşı başladım. Debütdən üstünlük qazandım. Hansı gedişi oynayacağımı bilirdim. Ardıcıl düzgün gedişlərdən sonra vəziyyət xeyrimə dəyişdi. Qara fiqurların vəziyyəti məğlub kimi görünürdü. Həlledici məqamda lazımi gediş diqqətimdən yayındı. Rahat qələbə qazanmalıydım. Nəticədə isə heç-heçə oldu. Mənə bu görüşü udmaq çox vacib idi. Turnir cədvəlindəki vəziyyət baxımından qələbənin çox lazım olduğunu anlayırdım. Ona görə də qələbə qazanmaq üçün oynayırdım. Təəssüf ki, alınmadı. Digər tərəfdən, dostuma qalib gəlmədiyim üçün üzülmürəm. Bununla belə, dostum olsa da, bu gün Raufa qalib gəlməliydim.

Rauf yaxın dostumdur. Uzun müddətdir Azərbaycan millisində çıxış edirik. İki dəfə iddiaçılar turnirində köməkçim olub. Turnir zamanı Raufa yığmamızın kapitanı Aleksandr Xalifmanın kömək edəcəyini bilirdim. Bu turdan əvvəl Xalifmana dedim ki, mənə qarşı hazırlaşan Raufa kömək etsəniz, inciyəcəm. Axı millidə və bəzi turnirlərdə Xalifman hər ikimizə kömək olub. Debütdən sonra anladım ki, Xalifman Raufa kömək etməyib. Ümumiyyətlə, onun məşqçilik keyfiyyətləri yüksəkdir. O, millidə həm kapitan, həm də oyunçudur".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/336478.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR