Sərnişinlərdən də sığorta tələb olunacaq (VİDEO)

Sərnişinlərdən də sığorta tələb olunacaq (VİDEO)
21:06 24 Aprel 2015
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Avtobuslarının texniki baxışı zamanı sərnişinlərin sığortası tələb olunacaq.

ANS TV-nin məlumatına görə, Nazirlər Kabinetinin qərarında bildirilir ki, artıq sərnişin daşıyan nəqliyyat vasitələri texniki baxışdan keçərkən onların sahiblərindən mülki məsuliyyətinin sığortası ilə yanaşı, sərnişinlərin fərdi qəza sığortası da tələb olunacaq. Amma bu tələb, şəhərdaxili və qəsəbədaxili sərnişindaşımaya aid deyil. Yalnız bir şəhərdən digərinə, yaxud xaricə gedən sərnişin avtobuslarına şamil olunur.

Mütəxəssislər bildirirlər ki, əslində sərnişinlərin fərdi qəza sığortasının olub-olmamasına nəzarətin yol polisinə verilməsi yaxşı haldır. Artıq bu zaman avtobus sahibləri sığortadan yayına bilməyəcək. Amma bəzi boşluqlar da var. Bu, isə sərnişindaşımada bilet satışı ilə bağlıdır. Bir çox hallarda vətəndaşlar bilet almadan avtobusla səfər edir ki, bu zaman sığorta təminatından söhbət gedə bilməz.

Biletsiz sərnişinlər sığortadan yararlana bilməyəcək. Sığorta üzrə ekspert Xəyal Məmmədxanlı deyir ki, qanunda biletin tərkib hissəsi kimi fərdi qəza sığortası nəzərdə tutulub. Əgər sərnişin bilet alıb yola çıxmırsa onda həmin sərnişin üçün sığortadan söhbət gedə bilməz.

Qanuna əsasən fərdi qəza sığortası varsa, avtobusda baş verən hər qəza zamanı xəsarət alan sərnişinə, yaxud vəfat edən şəxsin varisinə müəyyən məbləğdə sığorta ödənişi verilir. Hazırda bu məbləğ bir sərnişin üçün 5000 manatdır. Amma dəyən xəsarətin dərəcəsindən asılı olaraq məbləğ dəyişir.

Dövlət Sığorta Nəzarəti Xidmətindən bildirirlər ki, əslində bu tələb avtobuslara qarşı əvvəldən mövcuddur. Bu qərar isə yeni nəzarət mexanizmini işə salır. Ölkədə bu sığorta növü ilə cəmi bir şirkət məşğul olur. Ötən il sərnişinlərin fərdi qəza sığortası ilə bağlı 150 min manat sığorta haqqı toplanmışdısa, bu ilin birinci rübündə 301 min manat olub.

Mənbə
ANS TV



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=340222

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR