Maqnus Karlsen: "Təbrikləri qəbul etməyin vaxtı deyil"

Maqnus Karlsen: "Təbrikləri qəbul etməyin vaxtı deyil"
21:08 24 Aprel 2015
46 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2015" turnirində VII tur davam edir.

Trend-in məlumatına görə, hesabat turunda dünya çempionu Maqnus Karlsen Rusiya şahmatçısı Vladimir Kramniki məğlub edib. Sabiq dünya çempionu ardıcıl üç məğlubiyyətə görə üzüldüyünü gizlətməyib: "Ardıcıl üç məğlubiyyət yaxşı hal deyil. Bilmirəm, karyeramda belə vəziyyət olub, ya yox. Yadıma gəlmir. Son iki turda həvəslə oynayacağam. Hər halda şahmatı çox istəyirəm. Bununla belə, formada olmadığım aydındır. Partiyalar zamanı hesablamalarda səhvlərə yol verirəm. Gedişlərin ardıcıllığını düzgün etmirəm".

Norveçli dünya çempionu Maqnus Karlsen isə hazırda onu təbrik etməyin tez olduğunu bildirib: "Ardıcıl ikinci dəfə Şəmkirdən qalib kimi ayrılmağa yaxşı şansım var. Turnir cədvəlindəki vəziyyətim çox əladır. Amma təbrikləri qəbul etməyin vaxtı deyil. Qarşıda çox vacib iki oyun olacaq. Hər ikisində qalib gəlmək vacibdir".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2387834.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR