Argentinanın Quilmes Milli Universitetinin rektoru Azərbaycan Tibb Universitetində olub

Argentinanın Quilmes Milli Universitetinin rektoru Azərbaycan Tibb Universitetində olub
21:08 24 Aprel 2015
32 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC
Aprelin 24-də Argentinanın Quilmes Milli Universitetinin rektoru Mario Lozano Azərbaycan Tibb Universitetində (ATU) olub.
ATU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə qonağa bu ali məktəb barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, ATU ölkəmizdə tibb təhsili verən yeganə ali məktəbdir. Hazırda universitetdə 7.000-dən çox tələbə və rezident, 1.000-dən çox xarici ölkə vətəndaşı təhsil alır. Bu ali təhsil ocağında 160-dan çox professor, 320 dosent, 800-dək elmlər namizədi və ümumilikdə 1.300 nəfər akademik personal çalışır.
Quilmes Milli Universitet haqqında görüş iştirakçılarına məlumat verən M.Lozano son illər Argentinanın Qafqaz regionu, xüsusilə Azərbaycan və Gürcüstan, eləcə də Türkiyə ilə münasibətlərinin dərinləşməsinin müşahidə olunduğunu söyləyib. Rektor bu baxımdan hər üç ölkənin ali təhsil müəssisələri arasında da əməkdaşlığın genişlənməsinə ehtiyac olduğunu vurğulayıb
Sonra qonaq ATU-nun tədris binaları, klinikaları ilə tanış olub. O, universitetdə əhalinin müayinə və müalicəsi üçün yaradılan şəraitdən, modern texnoloji avadanlıqla təchiz olunmuş klinikalardakı durumdan məmnunluğunu bildirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Argentinanin_Quilmes_Milli_Universitetinin_rektoru_Azerbaycan_Tibb_Universitetinde_olub-849609

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR