Avstraliyada “Erməni yalanlarına dur de!” yürüş-mitinqi keçirilib

Avstraliyada “Erməni yalanlarına dur de!” yürüş-mitinqi keçirilib
21:13 24 Aprel 2015
31 Ölkə
Ölkə mətbuatı
A- A+


Kanberra, 24 aprel, AZƏRTAC 
Avstraliyadakı Azərbaycan və Türkiyə diasporlarının iştirakı ilə qondarma “erməni soyqırımı”nın “100 illiyi” ilə əlaqədar etiraz yürüş-mitinqi təşkil olunub.
Əllərində Azərbaycan və Türkiyə bayraqları olan yürüş iştirakçıları “Genosid yalanları”, “Onlar özləri ilə nifrət gətirdilər: Avstraliyada ilk siyasi terror 1980-cı ildə türk diplomatın öldürülməsi oldu”, “1970-1980-ci illərdə 40 türk diplomatını qətlə yetirdilər” kimi şüarlar səsləndiriblər. Avstraliya Türkiyə Alyansının təşkil etdiyi tədbirdə türklərlə bir sırada Azərbaycan-Avstraliya-Türk Dostluq Cəmiyyətinin prezidenti İmamətdin Qasımov, cəmiyyətin üzvləri və bu ölkədə təhsil alan tələblərimiz də iştirak ediblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kanberra


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Avstraliyada_Ermeni_yalanlarina_dur_de_yurus_mitinqi_kechirilib-849611

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR