Əli Abbasov: “Azerspace-1” 100-ə qədər ölkəni əhatə edə bilir”

Əli Abbasov: “Azerspace-1” 100-ə qədər ölkəni əhatə edə bilir”
20:14 24 Aprel 2015
105 Sosial
Ölkə mətbuatı
A- A+

“Bakı-2015 I Avropa Oyunlarında Rabitə və yüksək texnologiyalar nazirliyinin səlahiyyətlərinə aid tədbirlər planına uyğun olan işlərin 95 faizi yerinə yetirilib”.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, bunu Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov  deyib.

 

Nazir qeyd edib ki, iyun ayında Bakı-2015 Avropa Oyunları  ilə əlaqədar telekommunikasiya, radioteleviziya, rabitə, informasiya texnologiyaları və digər  nazirliyin səlahiyyətlərinə aid olan tədbirlər planına uyğun olan işlərin 95 faizi artıq yerinə yetirilib: “Əsas olan odur ki, fasiləsiz və keyfiyyətli internetin, rabitə xidmətlərinin  göstərilməsində problemlər  yoxdur. Mobil operatorlarla son texniki testlər keçirilir və bu istiqamətdə işlər yekunlaşmaq üzrədir. Hesab edirik ki, bütün işlər may ayının axırına qədər yekunlaşacaq. Eyni zamanda “Azərkosmos” ASC da bu istiqamətdə kifayət qədər aktiv iştirak edir”.

 

Əli Abbasov bildirib ki,  “Azerspace-1” Azərbaycan telekommunikasiya peyki dünyada bu oyunları yayımı üçün cəlb olunan 4 peykdən biri kimi seçilib: “Bu gün “Azerspace-1” demək olar ki, 100-ə qədər ölkəni əhatə edə bilir. Beynəlxalq Britaniya yayım şirkətinin tələblərinə cavab verir və onların testindən keçib. “Azerspace-1” dünyanın ən keyfiyyətli peyklərindən biri hesab olunur. Eyni zamanda radiotexniki avadanlıqlar yüksək səviyyədə hazırlıq  vəziyyətinə gətirilib, o cümlədən də informasiya təhlükəsizliyi,  kiberhücumlara qarşı təhlükəsizlik tədbirləri həyata keçirilir.  May ayı bizim üçün ancaq testlərin keçirilmə ayı olacaq. Aktiv gözləmə rejimində işləyirik ki, iyunun 1-də oyunları  tam yüksək səviyyədə keçirək”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/200502

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR