Bakıda məcburi köçkünün məskunlaşdığı ev yandı

Bakıda məcburi köçkünün məskunlaşdığı ev yandı
21:16 24 Aprel 2015
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda məcburi köçkünün məskunlaşdığı ev yanıb.

ANS PRESS Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Xəzər rayonunda hazırda fəaliyyət göstərməyən sanatoriyanın ərazisində Ağdam rayon məcburi köçkününün məskunlaşdığı ümumi sahəsi 80 kv.m olan birmərtəbəli ikiotaqlı tikilinin bir otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=340253

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR