Bakı-2015-də yarışacaq 30 isveçrəlinin adı məlumdur

Bakı-2015-də yarışacaq 30 isveçrəlinin adı məlumdur
21:33 24 Aprel 2015
57 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 24 aprel /Trend/

İsveçrə Olimpiya Komitəsi Bakı-2015 Avropa Oyunlarında yarışacaq 9 idman növü üzrə ilk 30 idmançının adını açıqlayıb.

Trend Oyunların saytına istinadən məlumat verir ki, taekvondo üzrə Avropa çempionu Nina Klay və Olimpiya Oyunlarının iştirakçısı cüdoçu Yuliane Robra heyətə başçılıq edir.

N.Klay 67 kq çəki dərəcəsində Avropa çempionu olduğu üçün İsveçrənin taekvondo üzrə qızıl medal qazanmaq şansı yüksəkdir. O, həm də 2013-cü il dünya çempionatında bürünc medal, 2006-cı il Avropa çempionatında isə gümüş medal qazanıb.

Bundan əlavə, 57 kq çəkidə taekvondo döyüşçüsü Manuela Bezzola 2010-cu il Avropa çempionatında bürünc medal, 2008-ci il Olimpiya Oyunlarında yarışmazdan əvvəl 2009-cu ildə keçirilmiş Universiadada qızıl medala layiq görülüb.

70 kq çəkidə cüdo üzrə çıxış edəcək Y.Robra Avropa çempionatının ikiqat bürünc medalçısı olduğuna və London-2012 Olimpiya Oyunlarında iştirak etdiyinə görə İsveçrənin cüdo idmanında iki medal ümidindən biridir. Ludovik Çammartin isə 60 kq çəkidə sabiq Olimpiya çempionudur.

İsveçrənin karate üzrə yeganə iştirakçısı 2012 və 2013-cü illərdə yeniyetmələr arasında Avropa çempionu olmuş 68 kq çəki dərəcəsində Elena Quirici olacaq.

Bundan əlavə, Rahel Moret İsveçrənin üçqat stolüstü tennis çempionudur və dünya çempionatlarında dörd dəfə iştirak edib.

İsveçrənin Olimpiya rəsmiləri növbəti günlərdə digər idman növlərindən Bakı-2015-də iştirak edəcək idmançıların da adlarını elan edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/baku5015/2387837.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR