ABŞ-dan gələn xəbərlərə baxmayaraq, qızıl ucuzlaşmaqda davam edir

ABŞ-dan gələn xəbərlərə baxmayaraq, qızıl ucuzlaşmaqda davam edir
20:33 24 Aprel 2015
44 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC
Bazarda aksiyaların qalxması ilə qızılın qiyməti artıq üçüncü həftədir ki, ucuzlaşmaqda davam edir.
AZƏRTAC Vestifinance.ru saytına istinadla xəbər verir ki, ABŞ-da qızılın unsiyasının iyun ayına olan fyuçerslərinin qiyməti 2,90 dollar ucuzlaşaraq 1191,40 dollara satılıb. Həftənin əvvəllərindən etibarən qiymət təxminən 1 faiz enib. Bu, son həftənin ən aşağı göstəricisidir.
Dünyanın fond bazarı Avropa korporasiyalarının və Nasdaq indeksinin uğurlu kvartal nəticələri səbəbindən tarixi maksimumları yeniləyir.Zəif dollar, ABŞ-ın iqtisadi göstəricilərinin pisləşməsi və Yaxın Şərqdə geo-siyasi vəziyyətin gərginləşməsi qızıl üçün əlverişli olsa da, bazar buna müsbət reaksiya göstərməyib.
Phillip Futures kompaniyasının analitiki Xaui Linin fikrincə, əgər Federal Ehtiyatlar Sistemi qətiyyət göstərərsə, qızılın qiymətinin daha kəskin ucuzlaşmasını gözləmək olar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ABS_dan_gelen_xeberlere_baxmayaraq_qizil_ucuzlasmaqda_davam_edir-849621

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR