Uşaq musiqisinin problemləri müzakirə olunacaq

21:38 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı. 24 aprel, AZƏRTAC
Aprelin 27-28-də Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda uşaq musiqisinə və balacaların musiqi-estetik tərbiyəsinə həsr olunmuş elmi–praktik konfrans keçiriləcək.
Bəstəkarlar İttifaqın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə tanınmış musiqişünaslar, bəstəkarlar, alimlər- İmruz Əfəndiyeva, Oqtay Rəcəbov, Elnarə Dadaşova, Mehriban Əhmədova və başqaları uşaq musiqisinin probleminə həsr edilən məruzələrlə çıxış edəcəklər.
Konfrans iştirakçıları həmçinin musiqi məktəblərinin şagirdlərinin ifasında Azərbaycan bəstəkarlarının uşaqlar üçün bəstələdiyi əsərlərə qulaq asacaqlar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Usaq_musiqisinin_problemleri_muzakire_olunacaq-849624

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR