Vüqar Həşimov Memorialının yeddinci turunda Azərbaycan derbisi heç-heçə nəticələnib

Vüqar Həşimov Memorialının yeddinci turunda Azərbaycan derbisi heç-heçə nəticələnib
21:43 24 Aprel 2015
33 İdman
Ölkə mətbuatı
A- A+


Şəmkir, 24 aprel, Samirə Allahverdiyeva, AZƏRTAC
Şəmkirin Heydər Əliyev Mərkəzində Vüqar Həşimovun ikinci şahmat Memorialının 7-ci turu davam edir.
AZƏRTAC xəbər verir ki, bu turda Azərbaycanın iki qrossmeysteri – Şəhriyar Məmmədyarov və Rauf Məmmədov qarşılaşıblar. Azərbaycan derbisi heç-heçə başa çatıb. Azərbaycanlı şahmatçılar arasında heç-heçə 33-cü gedişdə qeydə alınıb. Fransız Maksim Vaşye-Laqrav ilə holland Aniş Giri arasında partiya da heç-heçə bitib.
Norveçli Maqnus Karlsen ilə Rusiya şahmatçısı Vladimir Kramnik arasında partiya indiki dünya çempionunun xeyrinə nəticələnib. Partiya dörd saatlıq mübarizədən sonra 49-cu gedişdə başa çatıb. Qeyd edək ki, bu, indiki turnirdə sabiq dünya çempionunun üçüncü məğlubiyyətidir.
İtalyan Fabian Karuana ilə amerikalı Uesli So və Hindistan şahmatçısı Vişvanatan Anand ilə İngiltərə qrossmeysteri Maykl Adams arasında partiyalar hələ davam edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Vuqar_Hesimov_Memorialinin_yeddinci_turunda_Azerbaycan_derbisi_hech_heche_neticelenib-849629

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR