Beynəlxalq Yer Gününə həsr olunan seminar-məşğələ

Beynəlxalq Yer Gününə həsr olunan seminar-məşğələ
21:43 24 Aprel 2015
47 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının akademik H.Əliyev adına Coğrafiya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının Beynəlxalq Yer Gününə həsr edilmiş “Yer kürəsinin ekoloji problemləri və ətraf mühitin mühafizəsi” mövzusunda elmi seminar-məşğələsi keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) coğrafiya və ekologiya sahəsində təhsil alan tələbələri də iştirak ediblər.
İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, coğrafiya üzrə fəlsəfə doktoru Samirə Ələkbərova “Təbiət və ekologiya” mövzusunda məruzəsində Beynəlxalq Yer Gününün əhəmiyyətindən danışıb, bu günün tarixi barədə məlumat verib. Bildirilib ki, artıq 30 ildir dünyanın bir çox ölkəsində Yer günü qeyd olunur.
ADPU-nun tələbə gənclər təşkilatının sədri Bahar Tağıyeva rəhbərlik etdiyi qurumun fəaliyyətindən söz açıb, tədbirin əhəmiyyətini qeyd edib.
İnstitutun kiçik elmi işçisi Gülnar Hacıyevanın “Böyük Qafqazın şimal-şərq yamacının yay otlaqlarının ekoloji problemləri” mövzusunda məruzəsində Azərbaycanın relyefi və onlara antropogen təsir haqqında məlumat verib. O, Böyük Qafqazın şimal-şərq yamacının yay otlaqlarının ekoloji problemləri və onların həlli yollarından söz açıb
Kiçik elmi işçi Rauf Əmənov “CİS mühitində coğrafi xəritələrin tərtib edilməsi təcrübəsi” mövzusunda məruzəsi ilə çıxış edib.
Sonra mövzular ətrafında müzakirələr aparılıb, təkliflər səsləndirilib. Universitet tələbələri üçün seminar və treninqlərin keçirilməsi məqsədəuyğun hesab edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Beynelxalq_Yer_Gunune_hesr_olunan_seminar_mesgele-849627

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR