Tiflisdə gürcü aliminin аzərbaycanlıların soyqırımından bəhs edən kitablarının təqdimatı keçirilib - FOTO

Tiflisdə gürcü aliminin аzərbaycanlıların soyqırımından bəhs edən kitablarının təqdimatı keçirilib - FOTO
20:47 24 Aprel 2015
42 Dünya
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 21:36 ]

Tiflis. Nizami Məmmədzadə-APA. Arelin 24-də Gürcüstan paytaxtında fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbyacan Mədəniyyət Muzeyində "Azərbaycanlıların soyqırımı", "Daşnaksyutunun" qanlı izləri" adlı kitabların təqdimatı keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, gürcü və rus dillərində nəşr olunan kitabların müəllifi tarix elmləri doktoru, professor Quram Marxuliyadır.

 

Tədbiri Mirzə Fətəli Axundov adına Azərbyacan Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva açaraq sözü Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseynə verib. Azərbaycan səfiri A. Hüseyn professor Quram Marxuliya tərəfindən yazılan kitabların böyük tarixi əhəmiyyətə malik olduğunu bildirib.

 

Tədbirdə professor Quram Marxulia, Gürcüstan parlamentinin deputatı Mixail Adamaşvili, Gürcüstanın opera müğənnisi Anzor Şomaxia, İnsan Hüquqlarının Müdafiəsi İnstitutunun rəhbəri Temuri Lomsadze, kinorejissor Tenqiz Txilava, Qafqaz Strategiyasının Tədqiqatı İnstitutunun rəhbəri Simon Kopadze və başqaları çıxış ediblər. Onlar  ermənilərin həyata keçirdiyi vəhşilikdən,  türk və Azərbaycan xalqına qarşı törətdikləri soyqırımından, həmçinin Gürcüstanda da dəfələrlə terror aktı törətdikləri barədə bəhs ediblər. Natiqlər gürcü aliminin faktlar əsasında nəşr olunan kitabın sülhə çağıran tarixi bir kitab olduğunu bildiriblər.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/381126

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR