Azərbaycan məktəbliləri Qazaxıstanda keçirilən olimpiadada qızıl medala layiq görülüblər

Azərbaycan məktəbliləri Qazaxıstanda keçirilən olimpiadada qızıl medala layiq görülüblər
21:48 24 Aprel 2015
110 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC 
Qazaxıstanın Almatı şəhərində keçirilmiş “İnformatrix Asia & Pacific” kompyuter layihə olimpiadasında Azərbaycan məktəbliləri qızıl medala layiq görülüblər.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Qazaxıstanın “DARIN” elm mərkəzi və Süleyman Dəmirəl Universitetinin təşkil etdiyi olimpiadada 30-dək ölkədən, o cümlədən Azərbaycan, Türkiyə, Pakistan, Rusiya, Türkmənistan və digər ölkələrdən 250 məktəbli iştirak edib. Olimpiadada Azərbaycan “İstək” liseyinin iki şagirdi ilə təmsil olunub.
Qaydalara müvafiq olaraq, komandalar beş kateqoriya - proqramlaşdırma, kompyuter sənəti, qısa film, “hardware” nəzarəti, “robotiks” üzrə birincilik uğrunda mübarizə aparıblar.
“İstək” liseyinin VIII sinif şagirdləri Alsu Əlizadə və Pakizə Quliyeva olimpiadada “robotiks” kateqoriyası üzrə “Line Follower” layihəsi ilə iştirak edib və ən yüksək bal toplayaraq qızıl medala layiq görülüblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_mekteblileri_Qazaxistanda_kechirilen_olimpiadada_qizil_medala_layiq_gorulubler-849630

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR