"ShamkirChess 2015": Rəqiblər öz oyunları barədə fikirlərini bölüşüblər

"ShamkirChess 2015": Rəqiblər öz oyunları barədə fikirlərini bölüşüblər
21:48 24 Aprel 2015
28 İdman
Ölkə mətbuatı
A- A+


Şəmkir, 24 aprel, Samirə Allahverdiyeva, AZƏRTAC
Beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2015" turnirində VII turun görüşləri başa çatıb.
AZƏRTAC xəbər verir ki, bu turda İtaliya şahmatçısı Fabiano Karuana əslən Filippindən olan Uesli Soya qalib gəlib. Partiyadan sonra hər iki şahmatçı görüş haqda fikirlərini bildirib.
Fabiano Karuana (İtaliya): "Qələbə qazanmaq hər zaman yaxşı hisslər yaradır. Debütdən istədiyim oyunu göstərməyə başladım. Maraqlıdır ki, So geri çəkilmirdi. Sona yaxın məğlubiyyətdən xilas olmağa çalışsa da, buna imkan vermədim. Qələbə xalımı 4-ə çatdırdı. Turnirdə qalib olmaq şansım çox deyil. Bununla belə, son turlarda qələbə qazanmağa çalışacağam".
Uesli So (ABŞ): "Son iki turda oyunum alınmır. Hazırlıq baxımından problemim yoxdur. Sadəcə, oyun zamanı üstünlük qazana bilmirəm. Digər tərəfdən, rəqiblər daha yaxşı oyun göstərir. Şəmkirdə heyət çox güclüdür. Hər turda ciddi mübarizə gedir. Fikrimcə, son turlar daha maraqlı olacaq".

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotShamkirChess_2015_quot_Reqibler_oz_oyunlari_barede_fikirlerini_bolusubler-849631

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR