Rusiya və Ermənistan prezidentləri arasında görüş keçirilib - FOTO

Rusiya və Ermənistan prezidentləri arasında görüş keçirilib - FOTO
21:57 24 Aprel 2015
34 Dünya
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 21:48 ]

Vladimir Putin: "Biz hər zaman çox yaxın müttəfiq olmuşuq, gələcəkdə də müttəfiq olmağa davam edəcəyik"

Moskva.Fərid Əkbərov - APA. Rusiya və Ermənistan prezidentləri arasında görüş keçirilib.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, İrəvanda uydurma "erməni soyqırımının” 100-cü ildönümünə həsr olunan tədbirlər çərçivəsində Vladimir Putin erməni həmkarı Serj Sarkisyanla görüşüb.

 

Putin görüşdə Ermənistanın Rusiyanın yaxın müttəfiqi olaraq qalmağa davam edəcəyini söyləyib: "Rusiya ilə Ermənistan münasibətləri xüsusi xarakter daşıyır. Biz beynəlxalq arenada da bir-birimizi dəstəkləyirik. Xarici işlər nazirlərimiz çox yaxın fəaliyyət göstərirlər. İnteqrasiya çalışmalarını davam etdiririk. Mən Ermənistanın Avrasiya İqtisadi Birliyinə daxil olmasından çox məmnunam. Keçən ilki çətinliklərə baxmayaraq, iqtisadi münasibətlərdə müsbət dinamika sezilir. Bizim ticarət dövriyyəmiz artıb. Bu müsbət dinamikanı saxlamaq vacibdir. Rusiyanın Ermənistana kapital qoyuluşu da artıb. Bu ölkəyə qoyulan sərmayə qoyuluşunun 40 faizi Rusiyanın payına düşür".

 

Rusiya prezidenti rus, Rusiya Federasiyasının digər xalqları və erməni xalqı arasında münasibətlərin dərin tarixi kökə malik olduğunu qeyd edib: "Biz hər zaman çox yaxın müttəfiq olmuşuq, gələcəkdə də müttəfiq olmağa davam edəcəyik".


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/381127

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR