İdmançımız medal qazandı, avtobusda itirdi - VİDEO

İdmançımız medal qazandı, avtobusda itirdi - VİDEO
21:57 24 Aprel 2015
157 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, bir neçə gün öncə Serbiyada keçirilən sambo üzrə avropa çempionatında həmyerlimiz də iştirak edib. Sumqayıtdan olan idmançı Namiq Abbaslı həmin çempionatda gümüş medal qazanıb. Medalı ölkəyə gətirib çıxarsa da, yaşadığı şəhərdə itirib.

Aylarla əziyyət çəkdi, Avropa ikincisi oldu. Ancaq aldığı medalı mənzil başına çatanda itirdi. Aprelin 19-da Serbiyanın Novi Sad şəhərində gənclər və yeniyetmələr arasında sambo üzrə Avropa çempionatı keçirilib. Yarışda 56 kq çəkidə həmyerlimiz Namiq Abbaslı da iştirak edib və gümüş medal qazanıb. Medalı ölkəyə gətirib çıxarsa da Sumqayıtda 7 nömrəli marşrutda itirib. Avropa ikincisinə o medaldan qalan təkcə bu şəkil olub.

11-ci sinif şagirdi olan Namiq Abbaslı medalın onun üçün çox vacib olduğunu, bu səbəbdən də marşrutdakı bütün avtobuslarda axtardığını deyir. Çünki, gümüş medal ona idman akademiyasına daxil olmaq üçün də lazımdır. İdmançı şəhər sakinlərinə müraciət edərək medalın tapılmasında ona kömək etməyə çağırıb.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/336483.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR