Ötən il Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 1,3 milyard dollar olub

2017-ci ildə Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 1,3 milyard dollar olub. Bununla belə ticarət dövriyyəsinin artırılması üçün böyük imkanlar var.

Metbuat.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Noyabrın 5-10-da Şanxayda Birinci Beynəlxalq İdxal Sərgisi keçiriləcək. Sərgidə iştirak məqsədilə Azərbaycan nümayəndə heyəti Çinə səfər edəcək. Sərgidə Azərbaycan kənd təsərrüfatı və qida sənayesi, xidmət sahəsi üzrə 2 stendlə təmsil olunacaq. 300 kvadratmetr sahəni əhatə edəcək pavilyonda Azərbaycanın 30-dan çox şirkətinin məhsul və xidmətlərinin nümayiş olunması nəzərdə tutulur. Səfər çərçivəsində, həmçinin Çin rəsmiləri ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunacaq.

Şeytan Üçbucağının sirri AÇILDI - İllər sonra bu cür ortaya çıxdı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR