Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasında “Azərbaycanlıların soyqırımı” bölməsi açılıb

22:03 24 Aprel 2015
44 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC
Aprelin 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasında “Azərbaycanlıların soyqırımı” bölməsinin açılışı olub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, ekspozisiyada nümayiş olunan fotostendlər və sənədlərdə XX əsrdə ermənilər tərəfindən azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsi tarixi faktlarla diqqətə çatdırılır.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə bu ekspozisiyanın mühüm tarixi əhəmiyyət daşıdığını və azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı həqiqətlərini dünya ictimaiyyətinə çatdırılmasında və təbliğində böyük rol oynadığını söyləyib.
Muzeyin sərgilərin təşkili və xarici əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov soyqırımı və ekspozisiyada nümayiş olunan materiallar barədə məlumat verib. Bildirilib ki, tarix boyu erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı qanlı cinayətlər, terror və soyqırımı aktları törədilib. Çoxsaylı tarixi sənədlər sübut edir ki, erməni separatçıları yüz minlərlə azərbaycanlını öz tarixi ərazilərində etnik təmizləmə və soyqırımı siyasətinə məruz qoyaraq kütləvi surətdə qətlə yetirib, zaman-zaman öz ata-baba torpaqlarından deportasiya ediblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Milli_Azerbaycan_Tarixi_Muzeyinin_ekspozisiyasinda_Azerbaycanlilarin_soyqirimi_bolmesi_achilib-849635

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR