Gürcüstan-Rusiya avtomobil yolu yenidən bağlanıb

Gürcüstan-Rusiya avtomobil yolu yenidən bağlanıb
22:08 24 Aprel 2015
188 Dünya
Ölkə mətbuatı
A- A+


Tbilisi, 24 aprel, AZƏRTAC
Gürcüstandan Rusiyaya gedən Mtsxeta-Stepantsimeda-Lars magistralı yenidən bağlanıb.
Yolun bağlanmasına pis hava şəraiti, yağan güclü yağış nəticəsində dağlarda başlayan torpaq sürüşməsi və bəzi ərazilərə qarın yağması səbəb olub.
Gürcüstan Avtomobil Yolları Departamentinin məlumatına görə, Daryal dərəsində avtomobillərin dayanması qadağan edilib. Yollarda 100-dək minik və yük avtomobili qalıb.
Gürcüstanın müvafiq strukturları yolun təcili açılması və problemin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görür.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gurcustan_Rusiya_avtomobil_yolu_yeniden_baglanib-849637

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR