Azərbaycanda “Coca-Cola” bahalaşacaq

Azərbaycanda “Coca-Cola” bahalaşacaq
11:59 13 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Bahalaşma yanvarın 24-nə təsadüf edəcək

“Azərbaycan Coca-Cola Bottlers” MMC yanvarın 24-dən etibarən istehsal etdiyi bir sıra sərinləşdirici qazlı və qazsız içkilərin qiymətini artıracaq.

 

“APA-Economics”in məlumatına görə, bu barədə şirkətin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

 

Belə ki, şirkət qazlı və qazsız içkilərin qiymətini 10-20 qəpik bahalaşdıracaq.

 

Qiymətlər mərhələli şəkildə bu cür reallaşdırılacaq:

 

-    0,5 lt plastik qabda qablaşdırılan “Cappy” içkisinin tövsiyə olunan satış qiyməti 60 qəpikdən 70 qəpiyə

 

-    0,5 lt plastik qabda qablaşdırılan “Fuse tea” içkisinin tövsiyə olunan satış qiyməti 60 qəpikdən 70 qəpiyə

 

-    0,5 lt plastik qabda qablaşdırılan “Burn” içkisinin tövsiyə olunan satış qiyməti 1 manat 90 qəpikdən 2 manat 10 qəpiyə

 

-    0,5 lt plastik qabda qablaşdırılan “Bonaqua” (qazlı və qazsız) içkisinin tövsiyə olunan satış qiyməti 20 qəpikdən 25 qəpiyə

 

-    2 lt plastik qabda qablaşdırılan “Bonaqua” (qazlı və qazsız) içkisinin tövsiyə olunan satış qiyməti 50 qəpikdən 60 qəpiyə

 

-    5 lt plastik qabda qablaşdırılan “Bonaqua” (qazsız) içkisinin tövsiyə olunan satış qiyməti 1 manat 10 qəpikdən 1 manat 30 qəpiyə artırılacaqdır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR