Al Paçinonun 75 yaşı tamam olur - fotolar

Al Paçinonun 75 yaşı tamam olur - fotolar
22:11 24 Aprel 2015
235 Şou
Ölkə mətbuatı
A- A+

Sabah italyan əsilli ABŞ aktyoru Al Paçinonun 75 yaşı tamam olur.

Axşam.az-ın məlumatına görə, "Qadın ətri" filmində oynadığı rola görə "Oskar" mükafatına layiq görülən aktyora məşhurluğu Frensis Ford Koppolanın üç hissədən ibarət "Xaç atası" filmində oynadığı rol gətirib. O, ilk dəfə 1969-cu ildə "Mən, Natali" filmində qısa epizodik rol oynayıb. 1967-1969-cu illərdə Nyu-York polisi (N.Y.P.D) teleserialına çəkilib.

Sonralar isə "Nidl Parkda təşviş" (1971) filmində gənc narkoman rolunu oynayıb. Məhz bu roluna görə Kopollanın diqqətini özünə çəkib və 1972-ci ildə "Xaç atası" filmində Maykl Korleonenin rolunu canlandırıb. Bu roluna görə kino tənqidçiləri tərəfindən çox yüksək qiymətləndirilib.

1997-ci ildə Britaniyanın “Empire” jurnalı Al Paçinonu bütün dövrlərin 100 ən böyük kino ulduzu siyahısında dördüncü yerdə qərarlaşdırıb.
 
Kino aləminin ən yüksək məvacibli aktyorlarının ilk onluğuna daxildir.

1973-cü ildə o, "Serpiko", "Müqəvva" filmlərində, sonralar isə "Xaç atası 2" (1974), "İt günündə günorta" (1975), "Bobbi Derfild" (1977), "Ədalət hamı üçündür" (1979), "Qatili axtaran" (1980), "Müəllif! Müəllif!" (1982) filmlərinə çəkilib.
 
1983-cü ildə Al Paçino özünün əsas işlərindən saydığı Brayn De Palmanın "Çapıqlı üz" (1983) filmində "Toni Montana" rolunu oynayıb. Səksəninci illərdə Al güclü alkoqol aludəçisinə çevrilib. Nəticədə onun kino karyerasında dörd illik boşluq yaranıb. Bu illəri o teatra həsr edib.

Şəxsi həyatını nümayiş etdirməyi sevməyən Al Paçino hazırda 35 yaşlı argentinalı aktrisa Lyusila Sola ilə evlənmək istəyir. O, bir çox qadınla eşq macərası yaşasa da, onların heç biri ilə rəsmi nikaha girməyib. Al Paçino və Solanın hər birinin bundan əvvəlki münasibətlərindən 3 uşağı var.











Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=29572

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR