Gəncədə azarkeşlər meydana axışdı, hakimə əl qaldırdılar

Gəncədə azarkeşlər meydana axışdı, hakimə əl qaldırdılar
22:17 24 Aprel 2015
36 İdman
Ölkə mətbuatı
A- A+

"Kəpəz" - "Ağsu" matçında qalmaqal
I Divizionun 25-ci turunda az öncə başa çatan "Kəpəz" - "Ağsu" (2:3) matçında qalmaqal yaşanıb.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, oyunun son dəqiqəsində, hesab 2:2 olarkən "Kəpəz"in qapısına penalti təyin olunub. "Ağsu"nun heyətində Fərrux Rəhimov hesabı dəyişərək komandasına 3:2 hesabı ilə qələbə qazandırıb.

Hakimin bu qərarı nəticəsində gəncəli azarkeş və ehtiyyat skamyasında əyləşən futbolçular meydana axışıb və hakimə fiziki təzyiq göstərib. Stadionda isə cəmi 4 nəfər polis əməkdaşı olub. Vəziyyətin çətinləşdiyini görən baş hakim Etibar Həsənov final fitini çalaraq paltardəyişmə otağına "qaça bilib".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/336485.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR