Bakı-2015: İlk Avropa Oyunlarında 150-dən çox britaniyalı idmançı mübarizə aparacaq

Bakı-2015: İlk Avropa Oyunlarında 150-dən çox britaniyalı idmançı mübarizə aparacaq
22:27 24 Aprel 2015
29 İdman
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 22:19 ]

Bakı-APA. Böyük Britaniya “Bakı-2015” ilk Avropa Oyunlarında yarışacaq idmançıların adlarını elan edib.

APA-nın “Azərtaca” istinadən məlumatına görə, Olimpiya çempionları Nikola Adams, Ceyd Cons və Ed Makkiver iyunda Bakıda keçiriləcək birinci Avropa Oyunlarında iştirak edəcək britaniyalı idmançılardan ibarət komandaya rəhbərlik edəcəklər. Bu üçlük digər 150 idmançıya qoşularaq iyunun 12-28-də birincilik uğrunda 19 idman növündə mübarizə aparacaq. Bu idman növlərindən 10-u “Rio-2016” Olimpiya Oyunlarına lisenziya qazanmaq baxımından böyük önəm daşıyır.

 

Avropa Oyunlarında iştirak edəcək Böyük Britaniya komandasının rəhbəri Mark İnqlend deyib ki, bu onlar üçün böyük fürsətdir. O deyib: “İdmançılarımızın əksəriyyəti özlərini Avropanın ən güclülərinə qarşı yarışmaqla sınayacaqlar. Onlar çöxnövlü idman yarışlarında əhəmiyyətli təcrübə qazanacaqlar”.

 

Qeyd edilib ki, bu idmançıların əksəriyyəti ilk dəfədir belə böyük çoxnövlü yarışlarda iştirak edirlər.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/381130

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR