"Titanik"in son görüntülərü (FOTO)

"Titanik"in son görüntülərü (FOTO)
12:01 13 Yanvar 2015
181 Digər
Ölkə mətbuatı
A- A+

Dünyanın ən məşhur gəmisinin qəza yerindən yeni görüntülər yayılıb. ANS PRESS-in məlumatına görə, 1912-ci ildə qəzaya uğrayaraq batan "Titanik"i tədqiq edən bir qrup elm adamı iki robootla suyun altına girib.

Komanda suyun 4 km altında gəminin qalıqlarının yüzlərlə fotosunu və video çəkilişini aparıb. Çəkiliş bir necə saat davam edib. Hələlik bu görüntülərdən bir necəsi yayımlanıb.

Görmə məsafəsinin azaldığı dərinlikdə çəkilən fotolarda gəminin məhəccərləri, uc hissəsi bir necə əşyanın qalıqları görünür. Qalıqlar qalın yosun qatı ilə örtülüb.

Komanda 1912-ci ildə buz dağına çırpılaraq batan və 1500 insanın ölümünə səbəb olan gəminin qalıqlarında ən son texnologiya iə araşdırma aparır.

Qeyd edək ki, "Titanik"in qalıqlarında ən son araşdırma 2004-cü ildə aparılıb.











RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR