"Eurovision-2015" səhnəsi artıq hazırdır - FOTO

"Eurovision-2015" səhnəsi artıq hazırdır - FOTO
21:37 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

“Eurovision-2015” mahnı müsabiqəsinin keçiriləcəyi “Wiener Stadthalle” arenasında səhnənin təmir işləri başa çatıb.

Milli.Az “qafqazinfo”ya istinadən xəbər verir ki, təşkilatçılar müsabiqənin keçiriləcəyi bütün ərazini, səhnədən tutmuş mətbuat mərkəzinədək hazırlayıb. Avstryanin paytaxtı Vyanada yerləşən arenanın səhnəsinin qurulmasında ən son işıq və texnologiyalardan istifadə olunub.

Xatırladaq ki, müsabiqənin I və II yarımfinalı müvafiq olaraq mayın 19 və 21-də, final mərhələsi isə 23-də keçiriləcək.

Qeyd edək ki, ölkəmizi bu il mahnı müsabiqəsində Elnur Hüseynov təmsil edəcək. O, “Hour Of The Wolf” mahnısını oxuyacaq.

Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/336489.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR