"Xəzər Lənkəran" transfer qadağasına çözüm tapdı

"Xəzər Lənkəran" transfer qadağasına çözüm tapdı
22:56 24 Aprel 2015
583 İdman
Ölkə mətbuatı
A- A+

"Xəzər Lənkəran"ın yayda yenidən heyətini gücləndirəcəyi və növbəti mövsümdən iddialı yerlər uğrunda mübarizə aparacağı haqda məlumat vermişdik. Lakin son günlərdə UEFA-nın cənub təmsilçisinə transfer qadağası qoyduğu üçün bu xəyalların suya düşdüyü kimi görsənirdi.

ANS PRESS-in məlumatına görə, artıq klub rəhbərliyi buna da çarə tapıb.

Klubdan Sportal.az-a verilən məlumata görə, bu qadağa qış və yay transfer pəncərələrini əhatə edir. Məhz ona görə, klub azad agent statuslu futbolçular taparaq transfer pəncərəsi başa çatdıqdan sonra həmin futbolçularla rəsmi müqavilə imzalayacaq.

Qeyd edək ki, əsasnaməyə görə, transfer pəncərəsi bağlandıqdan sonra klub istənilən sayda sərbəst transfer hüququna malik olan futbolçuları heyətinə qata bilər.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=339963

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR