İlk Avropa Oyunlarında 150-dən çox britaniyalı idmançı mübarizə aparacaq

İlk Avropa Oyunlarında 150-dən çox britaniyalı idmançı mübarizə aparacaq
23:03 24 Aprel 2015
33 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Böyük Britaniya “Bakı-2015” ilk Avropa Oyunlarında yarışacaq idmançıların adlarını elan edib.

Trend-in AZƏRTAC-a istinadən verdiyi məlumata görə, Olimpiya çempionları Nikola Adams, Ceyd Cons və Ed Makkiver iyunda Bakıda keçiriləcək birinci Avropa Oyunlarında iştirak edəcək britaniyalı idmançılardan ibarət komandaya rəhbərlik edəcəklər. Bu üçlük digər 150 idmançıya qoşularaq iyunun 12-28-də birincilik uğrunda 19 idman növündə mübarizə aparacaq. Bu idman növlərindən 10-u “Rio-2016” Olimpiya Oyunlarına lisenziya qazanmaq baxımından böyük önəm daşıyır.

Avropa Oyunlarında iştirak edəcək Böyük Britaniya komandasının rəhbəri Mark İnqlend deyib ki, bu onlar üçün böyük fürsətdir. O deyib: “İdmançılarımızın əksəriyyəti özlərini Avropanın ən güclülərinə qarşı yarışmaqla sınayacaqlar. Onlar çöxnövlü idman yarışlarında əhəmiyyətli təcrübə qazanacaqlar”.

Qeyd edilib ki, bu idmançıların əksəriyyəti ilk dəfədir belə böyük çoxnövlü yarışlarda iştirak edirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/baku5015/2387849.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR