Saakaşvili ağladı - FOTO

Saakaşvili ağladı - FOTO
23:05 24 Aprel 2015
64 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Maydanda gürcü əsgərlə vida mərasimi vaxtı göz yaşlarını saxlaya bilməyib.

Qafqazinfo”nun Delfi-yə istinadən məlumatına görə, sabiq dövlət başçısı “Azov” batalyonunun hərbçisi Georgi Canelidzenin dəfnində ağlayıb.

Saakaşvili bu barədə öz facebook səhifəsində də yazıb:

““Şeytan” ləqəbli mərhum döyüşçü ölümündən əvvəl təhlükəli rus təlimatçısını məhv etməyi bacardı. Georgi həmin hadisədən bir neçə gün əvvəl başından yaralanmışdı. Həkimlər ona ayağa qalxmağı qadağan etmişdilər. Amma o, buna qulaq asmadı və döyüş tapşırığını yerinə yetirdi. Düşmən o qədər hiddətlənmişdi ki, hətta Georginin cəsədini də rahat buraxmadı...”

Vəfat edən əsgərin xanımı da hərbçinin üç övladını necə böyütməsindən, onlara vətənpərvərlik aşılamasından danışıb.

Milli.Az





 








Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/336494.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR