Milli Məclisdə Rusiya Dövlət Dumasına müraciət hazırlanıb

Milli Məclisdə Rusiya Dövlət Dumasına müraciət hazırlanıb
13:12 12 Oktyabr 2018
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli Məclis deputatlarının oktyabrın 7-də bir qrup rusiyalı qadının Azərbaycanın işğal olunmuş ərazisi Dağlıq Qarabağa səfəri ilə bağlı mövqelərini bölüşürəm. Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu tərəfindən həm Rusiya Dövlət Dumasının sədrinə, həm də digər komitələrə səsləndirilən kəskin arqumentlərlə birlikdə müraciət hazırlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli deyib.

Ə.Hüseynli qeyd edib ki, bu müraciəti həm o, həm də Azərbaycanın Rus İcmasının sədri Mixail Zabelin imzalayacaq:

"Biz buna münasibət bildirmək istəməzdik, amma Rusiya Dövlət Dumasının Beynəlxalq işlər üzrə komitə sədrinin birinci müavininin səfəri bizi buna vadar etdi".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/693963.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR