30 yaşlı Gədəbəy sakini qəza törətdi

30 yaşlı Gədəbəy sakini qəza törətdi
23:37 24 Aprel 2015
140 Digər
Ölkə mətbuatı
A- A+

Gədəbəydə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Kəpəz televiziyasına (Region TV) verilən məlumata görə, rayonun Miskinli kənd sakini 30 yaşlı Tural Əliyev idarə etdiyi avtomillə qəza törədib.

Hadisə zamanı avtomobildə tək olan sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Gəncə Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, Tural Əliyev qarın boşluğunun küt travması, təpə nahiyəsinin çapılmış yarası diaqnozu ilə xəstəxanaya gətirilib. Yaralıya ilkin tibbi yardım göstərilib. Hazırda vəziyyəti qənaətbəxşdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/336497.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR