Litva XİN: Müzakirələri tarixçilərə buraxmaq lazımdır

00:22 25 Aprel 2015
43 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 25 Aprel 2015 00:18 ]


Bakı-APA. Litvanın xarici işlər naziri Linas Linkeviçus uydurma “erməni soyqırımı” ilə əlaqədər  "böyük fəlakət" ifadəsindən istifadə edərək, müzakirələrin tarixçilərə buraxılmasının lazım olduğunu söyləyib.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə L. Linkeviçus “Ziniu”  radiosunda müsahibə verərkən bildirib.

 

"1915-ci il hadisələri XX-ci əsrin ən böyük fəlakətlərindən biridir. Əhəmiyyətli olan budur. Digər müzakirələri isə tarixçilərə buraxmaq lazımdır", deyə L. Linkeviçus bildirib.

 

L.Linkevicius “Twitter” hesabında yazıb ki, dünya belə fəlakətlərin bir daha olmaması üçün tədbir görməlidir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/381134

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR