Azərbaycan gömrükçüləri ölkəyə narkotik maddələrin gətirilməsinin qarşısını alıb

Azərbaycan gömrükçüləri ölkəyə narkotik maddələrin gətirilməsinin qarşısını alıb
12:07 13 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 13 Yanvar 2015 12:05 ]


Bakı. Aynur Əliyeva - APA-Economics. Aksiz  Baş Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikasının vətəndaşı Yolçuyev Mahir Yaqub oğlunun idarə etdiyi “VAZ-21065” markalı, “10-SK-976” dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə baxış keçirilib.  Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, baxış zamanı həmin avtomobildə sərnişin qismində əyləşən Azərbaycan Respublikasının vətəndaşı Cəfərov Raqif Vaqif oğluna məxsus Gürcüstan Respublikasının aksiz markası ilə markalanmış xeyli miqdarda xaricdə istehsal olunmuş araqlar aşkar olunaraq protokol əsasında götürülüb.

 

Biləsuvar  Gömrük İdarəsinin əməkdaşları isə 700 qrama qədər narkotik maddənin ölkəyə gətirilməsinin qarşısını alıb. Belə ki, idarənin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikası ərazisindən tranzit keçməklə Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı  Fazil Sadıqovun idarə etdiyi “Kamaz-5320” markalı yük avtomobilinə xidməti itin tətbiqi ilə baxış keçirilib. Baxış zamanı xidməti itin reaksiyasına əsasən, avtomobilin qoşqusunun alt tərəfindən  1 ədəd bükümdə , xalis çəkisi  665,0 qram olan narkotik vasitə-qurudulmuş marixuana aşkar edilib.

 

Hər iki faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368874

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR