Ancelina Coli BMT-ni sərt tənqid etdi - fotolar+video

Ancelina Coli BMT-ni sərt tənqid etdi - fotolar+video
23:51 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Məşhur Hollivud ulduzu Ancelina Coli Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında vətəndaş müharibəsi dövründə Suriyada 4 milyon insanın qaçqın düşməsinə işarə edərək  baş verənləri tənqid edib.

Axşam.az-ın "Hürriyet"ə istinadən məlumatına görə, aktrisa Suriyada yaşanan münaqişəyə laqeyd qalan BMT-ni ittiham edib:

"Dünya Suriyadakı insanları qorumadığı üçün çox acizdir. Orada yanan atəşin küllərindən yüksələn pisliklərə seyirçi qalmamalıyıq".

Özünü suriyalılar tərəfində olan biri kimi ifadə edən Coli BMT-yə üzv ölkələrin bu mövzuda həmfikir olmamasını əsas tutaraq qurumun zəiflədiyini deyib. Suriyada müharibə başladığı dövrdən bu günə kimi 11 dəfə ölkəni ziyarət edən məşhur ulduz yaşanan dramın həlli üçün qısa zamanda ortaq siyasi qərarların verilməsinin vacibliyini dilə gətirib.

Ancelina BMT-də olan ölkə nümayəndələrinin Suriya qaçqınlarını ziyarət etməyə çağırıb. Eyni zamanda Aralıq dənizində 1300-dən çox qaçqının boğularaq ölməsinə işarə edən ulduz deyib:

"Dünyanın ən varlı qitəsinin qapılarında minlərlə qaçqının boğularaq ölməsi mədə bulıandırır. Heç kim uşaqlarının həyatını belə çarəsizlik içərisində riskə atmaq istəməz.

Qeyd edək ki, 2012-ci ildə 10 illiyinə BMT-nin xoşməramlı səfiri seçilən A.Coli üç il ərzində 30 ölkəyi gəzib.







Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=29577

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR