Göz yaşlarını saxlaya bilmədi (FOTO)

Göz yaşlarını saxlaya bilmədi (FOTO)
01:21 25 Aprel 2015
64 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Maydanda "Azov" batalyonunun həlak olan gürcü döyüşçüsü Georqi Canelidze ilə vida mərasimi zamanı göz yaşlarını saxlaya bilməyib.

ANS PRESS-in məlumatına görə, Saakaşvili Canelidzenin həyat yoldaşının cəsarətinə heyrətlənidiyini bildirib. Vəfat edən əsgərin xanımı vida mərasimində üç övladını vətənpərvərlik ruhunda böyüdəcəyini və yoldaşının bu mübarizəsini davam etdirəcəyini bildirib.

Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlılarının keçmiş hərbi qulluqçusu Georqi Canelidze Şirokino ərazisində döyüşlər zamanı həlak olub. Onun cəsədini döyüş meydanından yalnız gürcü könüllülərinin və Ukraynanın "Azov" batalyonunun xüsusi əməliyyatı nəticəsində çıxartmaq mümkün olub.

Canelidze Donetsk ərazisində döyüşlər zamanı həlak olan üçüncü gürcü hərbçidir.











Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=340311

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR