İlham Əliyev Bakıya qayıtdı (FOTO)

İlham Əliyev Bakıya qayıtdı (FOTO)
01:31 25 Aprel 2015
110 Ölkə
Ölkə mətbuatı
A- A+

Aprelin 24-də Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb.

ANS PRESS-ın məlumatına görə, Çanaqqala şəhərinin hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan prezidenti İlham Əliyev Çanaqqala Zəfərinin 100-cü il dönümü münasibətilə bağlı keçiriləcək mərasimlərdə iştirak etmək üçün Çanaqqalaya getmişdi.

Qeyd edək ki, Türkiyədə aprelin 24-də Çanaqqala zəfərinin 100-cü ildönümü qeyd olunub.

Mərasimə 17 prezident, 3 parlament rəhbəri, 3 prezident müşaviri, 5 baş nazir, 1 keçmiş prezident, 28 nazir, 6 beynəlxalq təşkilat rəhbəri olmaqla 90-a yaxın ölkədən rəsmilər qatılıb.

I Dünya müharibəsi illərində Çanaqqala savaşında ümumilikdə 500 mindən çox insan ölüb. Türklər bu müharibədə 57 min şəhid verib. Savaşda azərbaycanlı əsgərlər də iştirak ediblər.







Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=340316

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR