Bakı. 25 aprel. REPORT.AZ/ Aprelin 24-də Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb.
"Report" xəbər verir ki, Çanaqqala şəhərinin hava limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlət başçısı Türkiyədə Çanaqqala savaşının 100-cü ildönümü münasibətilə anım mərasimində iştirak edib.



