Zərdabda Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr edilən konfrans keçirilib

Zərdabda Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr edilən konfrans keçirilib
01:08 25 Aprel 2015
108 Ölkə
Ölkə mətbuatı
A- A+


Zərdab, 25 aprel, AZƏRTAC
Zərdab Rayon Mərkəzi Xəstəxanasında tibb elminin inkişafına göstərdiyi xidmətləri ilə xalqımızın qəlbində özünə əbədi məbəd tikən görkəmli oftalmoloq- alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibətilə konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda məruzə ilə çıxış edən mərkəzi xəstəxananın baş həkimi Ruslan Nemətov bu xeyirxah insanın keçdiyi mənalı həyat yolu barədə danışıb. Bildirib ki, Zərifə Əliyeva geniş bilik diapozonu, həssaslıq və nəcibliyi ilə həkimliyin, alimliyin, həm də pedaqoqluğun ali zirvəsinə yüksəlib. Müasir Azərbaycan dövlətinin qurucusu, bütün mənalı həyatını Vətəninin və xalqının tərəqqisinə həsr edən ümummilli liderimiz Heydər Əliyevin ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olan Zərifə xanım Əliyeva Azərbaycan qadınları üçün qürur və iftixar mənbəyidir.
Diqqətə çatdırılıb ki, görkəmli oftalmoloq-alim 150-dən artıq elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin, dərs vəsaitlərinin müəllifi olmaqla yanaşı, həm də yüksək ixtisaslı həkim kadrların yetişməsində fədakarlıq göstərib.
Konfransda çıxış edən oftalmoloq həkimlər Zərifə xanım Əliyevanın dünya oftalmologiya elminə verdiyi tövhələrdən, gözün zədələnməsinin öyrənilməsi və müalicəsi sahəsindəki kəşflərindən danışıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Zerdabda_Zerife_xanim_Aliyevanin_anadan_olmasinin_92_ci_ildonumune_hesr_edilen_konfrans_kechirilib-849663

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR