Yarmarkalarda satışlara başlanılıb (VİDEO)

Yarmarkalarda satışlara başlanılıb (VİDEO)
02:16 25 Aprel 2015
51 Digər
Ölkə mətbuatı
A- A+

Novruz bayramında qurulan çadırlardan bəziləri səyyar yarmarkalar kimi istifadəyə verilib.

ANS TV-nin məlumatına görə, metronun “Elmlər Akademiyası” stansiyasına yaxınlığında qurulan çadırlarda meyvə-tərəvəz satışı həyata keçirilir.

Satıcıların dediyinə görə, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil edilən bu satış mərkəzində əsasən yerli məhsullar üstünlük təşkil edir. Satıcılar da yaradılan şəraitdən razıdırlar.

“Hazırda satış yaxşıdır. Hələlik qiymətlər insanların cibinə münasibdir. Kənd təsərrüfatı məhsulları çeşidi artdıqca qiymətlər də aşağı düşəcək. Bundan həm alıcılar, həm də satıcılar razıdır”, – deyə satıcı Elməddin Hümbətov bildirib.

“Əhalini sıx olduğu yerlərdə bu cür yarmarkaların fəaliyyət göstərməsi tədqirəlayiqdir. Belə bir yarmarkalar digər stansiyaların yaxınlığında təşkil olunsa, daha yaxşı olar”, – deyə alıcı Namiq Şirəlibəyov qeyd edib.

Kənd təsərüfatı nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev şifahi olaraq bildirib ki, bu kimi kiçik çadırlar şəhərin bir sıra mərkəzi ərazilərində qurulacaq.

Buradan da sakinlər daha çox bölgələrimizdən gələn yerli məhsulları elə yarmarkadakı satış qiymətinə ala biləcəklər.

Mənbə
ANS-TV- Nurlan Rafiqoğlu



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=340309

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR