Məktəbli qız hamilə qaldı, 14 yaşlı oğlan tutuldu

Məktəbli qız hamilə qaldı, 14 yaşlı oğlan tutuldu
12:11 13 Yanvar 2015
642 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə 14 yaşlı qızı hamilə qoyan həmyaşıdı həbs edilib.

ANS PRESS-in məlumatına görə, Antalyanın şəhərinin Alanya rayonunda litsey tələbəsi həkimə getməsəydi, bəlkə də erkən yaşında ana olacaqdı.

Məktəbli qız valideynlərinə mədəsinin ağrıdığını deyincə, ailə uşaqlarını xəstəxanaya aparır. Xəstəxanada aparılan müayinələr yeniyetmənin 5 həftəlik hamilə olduğunu üzə çıxarır.

Qızı müayinə edən həkim vəziyyəti hüquq-mühafizə orqanlarına bildirir. Hadisə ilə bağlı aparılan araşdırmalar, İ.N.adlı qızın özü ilə eyni yaşdakı litsey yoldaşı D.A. ilə cinsi münasibətə girdiyi məlum olur. Adıçəkilən yeniyetmə saxlanılıb.

İfadəsi alınan D.A. litsey yoldaşı ilə erkən yaşda cinsi əlaqəyə girmə iddisı ilə məhkəməyə verildi. Məhkəmənin çıxardığı qərarla 14 yaşlı oğlan həbsxanaya göndərildi.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR