ABŞ-da qondarma erməni soyqırımına qarşı etiraz (VİDEO)

ABŞ-da qondarma erməni soyqırımına qarşı etiraz (VİDEO)
03:26 25 Aprel 2015
102 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gün Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən 145 təşkilat bir araya gəlib.

ANS TV-nin Vaşinqton bürosunun əlumatına görə, bu təşkilatar ilk dəfə olaraq 1915-ci ildə qondarma erməni soyqırımın 100-cü ildönümü ilə əlaqədar olaraq yönlədirmə komitəsi yaradıblar.

Məqsəd isə Amerika Birləşmiş Ştatlarda Ağ Evin qarşısında böyük bir etiraz aksiya keçirməkdir. Əvəlcə türklər Ağ Evin qarşısına toplaşıblar. Aksiya iştirakçıları bir qədər burada durduqdan sonra Vaşinqtonda fəaliyyət göstərən Türkiyə səfirliyinə döğru yürüş ediblər.

Aksiya iştirakçıların əsas şüarı “Bizi ayırmıyın birləşdirin” ermənilərlə sülh və həmrəylik şəraitində yaşamaq istəyirik, bu kimi mesajlar səsləndiriblər. Aksiyada 3 mindən artıq insanın iştirak etdiyi deyilir. Yürüşdə iştirak etmək üçün Amerikanın müxtəlif ştatlarında yaşayanlar bura gətiriliblər.

Aksiya iştirakçıları yürüş boyu - “Bizi ayırmıyın birləşdirin”,”Biz sülh istəyirik” mesajlarını veriblər. Aksiyanın təşkilatçıları bəyan ediblər ki, yürüşü keçirməkdə məqsədləri odur ki, dünyaya bir barış, sülh mesajı versinlər. Belə ki, artıq türklər ermənilərlə bir-birlərinə rəqib şəraitdə yaşamaq istəmirlər, onlar sül və barış istəyirlər.

İlk olaraq bu aksiyada azərbaycanlıların da iştirakı gözlənilirdi, amma məlum olduqda ki, məhz türklər ermənilərə sülh və barış mesajı verirlər buna görə də azərbaycanlılar bu aksiyadan iştirak etməkdən imtina etdilər. Aksiyada Ahısqa türklərilə yanaşı, digər müsəlman ölkələrində olan insanlar iştirak ediblər.

Mənbə
ANS-TV-Rita Ömərova



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=340323

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR