​Şamaxı-Yevlax yolunda ağır qəza: 1 ölü, 4 yaralı

​Şamaxı-Yevlax yolunda ağır qəza: 1 ölü, 4 yaralı
04:32 25 Aprel 2015
455 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 25 aprel. REPORT.AZ/ Axşam saatlarında Şamaxı-Yevlax yolunun 155-ci kilometrliyində, Ağsu rayonu ərazisində "Mercedes" və "Wolksvagen" markalı 2 minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.
"Report" xəbər verir ki, Bakıdan Göyçay istiqamətində hərəkətdə olan minik avtomobili əks istiqamətdə gələn digər minik avtomobili ilə toqqaşıb.
Nəticədə minik avtomobilində olan sərnişinlərdən biri, 20 yaşlı Sərfinaz Valehli hadisə yerində dünyasını dəyişib. Digər sərnişinlər Əfrail Qurbanov,Valehli Valeh, Sevda Məmədova və Elşad Məhiyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ağsu rayon xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı BDYP İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/samaxi-yevlax-yolunda-agir-qeza-1-olu-4-yarali

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR