"Liverpul"da "yarpaq tökümü"

"Liverpul"da "yarpaq tökümü"
04:24 25 Aprel 2015
33 İdman
Ölkə mətbuatı
A- A+

"Liverpul" heyətində islahatlara başlayır.

 

Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, uğursuz çıхışa rəğmən Brendan Rocerslə yola davam etmək qərarına gələn İngiltərə klubu bir sıra futbolçuları ilə yollarını ayıracaq.

 

"Los Anceles Qalaksi" ilə anlaşan Stiven Cerrardın ardınca müqaviləsi bitməkdə olan Qlen Conson və Kolo Ture də komandanı tərk edəcək. Onlar istədikləri kluba azad agent kimi keçə biləcək. Bundan başqa Rəhim Sterlinq də klubdan ayrılmağa hazırlaşır. Yeni müqavilə təklifini rədd edən futbolçunun "Mançester Siti"yə keçidi gözlənilir.

 

Onun yanaşı, Martin Şkrtel də klubla yeni müqavilə bağlamayıb. Futbolçunun "Volfsburq"la danışıqlar apardığı deyilir. Xavi Manquillo isə İspaniyaya qayıtmaq qərarına gəlib. Həmçinin Fabio Borini və Rikki Lambertin da satılması mümkündür.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/200516

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR