Ağsuda yol qəzası: sürücü xəsarət aldı

Ağsuda yol qəzası: sürücü xəsarət aldı
06:16 25 Aprel 2015
264 Sosial
Ölkə mətbuatı
A- A+

Ağsuda xəsarətlə nəticələnən yol qəza hadisəsi baş verib.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Şamaxı-Yevlax yolunun 155-ci kilometrliyində, Ağsu rayonu ərazisində "Mercedes" və "Volkswagen" markalı 2 minik avtomobili toqquşub.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qəza nəticəsində "Mercedes" markalı avtomobilin sürücüsü xəsarət alıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil verib və ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=31&nid=340332

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR