Vüqar Həşimov turniri keçiriləcək

Vüqar Həşimov turniri keçiriləcək
06:36 25 Aprel 2015
62 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Moskvadakı Millətlər Evində şahmat üzrə Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr edilmiş Beynəlxalq açıq turnir keçiriləcək.

Ümumi mükafat fondu 30 min rubla bərabər olan bu turnirin təşkilatçısı “Azərbaycan Mədəniyyətinin İnkişafı və Dirçəlişi Fondu”dur.

Qeyd edək ki, Vüqar Həşimov 11 yanvar 2014-cü ildə beyin xərçəngindən müalicə olunduğu Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişib. 14 yanvar 2014-cü ildə mərhumla vida mərasimi Respublika Şahmat Mərkəzində təşkil olunub və həmin gün III Fəxri Xiyabanda dəfn edilib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=340115

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR