İsrail hərbçiləri fələstinli gəncləri vurdu

İsrail hərbçiləri fələstinli gəncləri vurdu
07:51 25 Aprel 2015
51 Dünya
Ölkə mətbuatı
A- A+

İsrail hərbçilərinin iki gənc fələstinlini vuraraq öldürdüyü bildirilir.

ANS PRESS-in məlumatına görə, bu barədə “Reuter” polisə istinadən xəbər yayıb.

Xəbərdə bildirilir ki, hadisə Qüds şəhəri yaxınlığında, nəzarət buraxılış məntəqələrindən birində baş verib.

İki fələstinli gəncin NBM-ə hücum etdiyini görən İsrail hərbçiləri çıxış yolunu atəş açmaqda görüblər. Hətta, onların fələstinliləri vurmadan əvvəl havaya bir neçə dəfə xəbərdarlıq üçün atəş açdıqları da vurğulanır. Gənclərin hər ikisi aldıqları güllə yarasından dünyasını dəyişib.

Qeyd edək ki, bundan əvvəl İsrail hərbçiləri İordan çayının qərb sahilində reyd apararkən HƏMAS-la əlaqədə olmaqda şübhəli bilinən 29 fələstinlini həbs etmişdi.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=340334

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR