ABŞ-da istifadəyə hazır neft quyularının sayı kəskin şəkildə artıb

ABŞ-da istifadəyə hazır neft quyularının sayı kəskin şəkildə artıb
07:53 25 Aprel 2015
48 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 25 aprel, AZƏRTAC
Hasilatçı kompaniyalar ABŞ ərazisində Texasdan Pensilvaniyaya qədər istifadəyə hazır 4731 quyu qazıblar. Onlar istənilən anda sutkada 322 min barrel neft hasil etməyə imkan verən yeraltı anbarlar rolunu oynayır. Bu barədə Bloomberg Intelligence agentliyi məlumat yayıb.
AZƏRTAC Vestifinance.ru saytına istinadla xəbər verir ki, hidro-partlayışa hazırlanan quyuların sayı isə son 12 ayda üç dəfə artıb. Kompaniyalar qiymətlərin qalxmasını gözləyərək bu yataqlardan neft hasil etməyə tələsmirlər. Bununla yanaşı, ölkənin ənənəvi neft anbarları da 1930-cu ildən bəri ən maksimal həddə doldurulub. Bu səbəbdən neft sektorunun bərpası yenidən kəskin şəkildə zəifləyə bilər. Belə ki, dünya bazarında neft qiymətləri artan kimi kompaniyalar tez bir zamanda hazır quyularda hasilata başlayacaqlar.
Bloomberg Intelligence agentliyinin hesablamalarına görə, əgər kompaniyalar oktyabr ayından etibarən ayda 125 quyunun istifadəsinə başlasalar, ABŞ-ın 48 ştatında neft hasilatı 2016-cı ilin IV rübündə orta hesabla sutkada 322 min barrelə qədər arta bilər. Bu proqnoza görə, III rübdə horizontal istiqamətli qazmalar daha 10 faiz azalacaq və neftin hazırkı qiymətləri saxlanılacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ABS_da_istifadeye_hazir_neft_quyularinin_sayi_keskin_sekilde_artib-849668

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR