Topaz Premyer Liqasının XXXI turu: əzəli rəqiblər üz-üzə

07:58 25 Aprel 2015
46 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 25 aprel, AZƏRTAC
Aprelin 25-də Topaz Premyer Liqasında XXXI tura start veriləcək.
AZƏRTAC xəbər verir ki, ilk olaraq “Xəzər Lənkəran”-“Qəbələ” və “Sumqayıt”- “Simurq” qarşılaşmaları keçiriləcək.
Günün digər qarşılaşmasında isə “İnter” klubu 4 oyundu qələbəyə həsrət qalan AZAL-ı qəbul edəcək.
Turun ən maraqla gözlənilən oyunu isə əzəli rəqiblər – “Qarabağ” və “Neftçi” arasında keçiriləcək. Son oyunlarda ağdamlılara qalib gəlməkdə çətinlik çəkən paytaxt təmsilçisi bu uğursuzluğa son qoymaq niyyətindədir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Topaz_Premyer_Liqasinin_XXXI_turu_ezeli_reqibler_uz_uze-849669

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR