ABŞ yenidən Kubanı “alır”

ABŞ yenidən Kubanı “alır”
07:11 25 Aprel 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Kubaya qarşı tətbiq etdiyi iqtisadi embarqo hələ də davam etməsinə baxmayaraq, Obama administrasiyasının Kuba ilə əlaqələri bərpa etməsi ABŞ şirkətlərinə kommunist ölkədə bizneslə məşğul olmaq ümidi verir.

ANS PRESS-in məlumatına görə, artıq bəzi ABŞ şirkətləri Kubaya müəyyən məhsulları ixrac da edə biliblər.

Kubanın terrora dəstək verən ölkələr siyahısından çıxarılması isə orada bizneslə məşğul olmağı daha da asanlaşdıracaq. Hazırda böyük firmalar gəlir axtarışında Florida boğazından Kubaya keçməyə hazırlaşırlar. Ekspertlər isə onları ehiyyatlı olamağa çağırırlar.

Prezident Barak Obamanın Kubanın lideri ilə görüşü və ölkəni ABŞ-ın terrorçuluğa dəstək verən ölkələr siyahısından çıxaracağını vəd etməsi təkcə Vaşinqtonda deyil, Wall Street-də də böyük səs-səda yaradıb.

Latın Amerikası üzrə ekspert Karl Meakam VOA-ya bildirib ki, “Buradakı ən böyük məsələlər maliyyə və ticari əməliyyatlardır, çünki indi artıq investorlar bunu keçmişə nisbətən daha az riskli variant olaraq görəcəklər, ona görə ki, bu ölkənin artıq terrorçu ölkələrlə və şəxslərlə əlaqəsi olmadığı görünür.”

Kubalılara yardım etmək məqsədilə göndərilən insan və məhsullar istisna olmaqla Amerika şirkətlərinin Kubada bizneslə məşğul olmalarını məhdudlaşdıran, illərdir davam edən emarqonu iaə yalnız Konqres aradan qaldıra bilər.

Lakin prezident Obamanın yanvar ayında Kubaya səyahəti yüngülləşdirməsi amerikalılara Kubanı ziyarət etməyə təşviq edir. "Jet Blue" və "Airbnb" kimi şirkətlər isə yeni bazara açılmaya hazırlaşırlar.

Antonio Martinez ölkədə turizmin artacağını deyir. “Şirkətlər həyəcanlıdırlar, çünki Kuba 11 milyon əhalisi olan bir bazardır. Ada artıq 3 milyon ziyarətçi gözləyir. Embarqo və digər məhdudiyyətlər aradan qaldırıldıqdan və vəziyyət düzəldikdən sonra isə orada turizminin həcmi artaraq altı milyon turist təşkil edəcək.”

"MasterCard" və "American Express" daxil olmaqla bir sıra maliyyə şirkətləri bazara daxil olmağa hazırdırlar. Lakin Martinez prosesin yavaş olacağını və nəzarətin Kubanın əlində qalacağını deyir.

“Biz unutmamalıyıq ki, hər kəs Kubada iş görmək istəsə də Kuba hər kəslə iş görmək istəməyəcək. Onlar özləri çalışacaqları şirkətləri seçəcəklər.”

İki ölkə arasında normal əlaqələrin yaradılması fərzi olsa da, yaxın zamanda kənd təssərrüfatı ticarətinin artacağı gözlənilir. Ekspertlər isə Kubada geniş infrastruktur ehtiyacları olduğu üçün ölkədə telekommunikasiya inkişafının böyük bazar yaradacağını deyirlər.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=340338

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR